Sol ayağını deyil, səhvən sağ ayağını əməliyyat etdilər - İddia qaldırdı


 İstanbulda yaşayan Murat Oktara müraciət etdiyi xəstəxanada  "Os Trigonum" diaqnozu qoyulub. Ona təcili  əməliyyatın vaciblyi bildirilib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Oktar Fatehdəki dövlət xəstəxanasında əməliyyat olunub. Narkozun təsiri keçəndən sonra səhv ayağın əməliyyat olunduğunu anlayan Oktar əməliyyatı edən həkim və xəstəxanaya qarşı cinayət işi qaldırıb.


 Oktay, "Səhər əməliyyat edəcək həkim ayağımı işarələdi. Mürəkkəblə boyadı. Əməliyyat zamanı təkrar soruşdular. Mən də dedim. Əvvəlcə lokal anesteziya ediləcəkdi. Sonra tam anesteziya qərarına gəldilər”. deyə bildirib..

Əməliyyatdan sonra bayıra çıxanda narkozun təsiri altında olan Oktay sağ ayağındakı şiddətli ağrıdan əməliyyat zamanı ayaqlarının səhv saldıqlarını  anlayıb..

Turan