Beyləqanda ev yanıb, xəsarət alan var

Beyləqan rayonunun Bahar qəsəbəsində ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.