Şirazda böyük ərazi yanır

İranın Şiraz şəhərində səhər saatlarından etibarən böyük ərazini əhatə edən qamışlıq sahədə yanğın başlayıb.

“Report” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmaqda çətinik çəkirlər.

Buna görə də yanğını havadan söndürməyə ehtiyac yaranıb.

Hadisə nəticəsində şəhərin böyük bir hissəsinin səmasını tüstü bürüyüb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.