10 yaşlı qızı avtomobil vurub

Gəncədə azyaşlını maşın vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü Yağmur İsgəndərovanı vurub. 10 yaşlı piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.