Dərbəndin enerji təchizatı bərpa edildi

Energetiklər Dərbənddə yarımstansiyada baş vermiş yanğın nəticəsində işıqsız qalan 30 min istehlakçının enerji təchizatını bərpa ediblər.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dağıstanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, avqustun 9-da “Dərbənd-330” yarımstansiyasında yanğın baş verib, nəticədə 30 mindən çox insan işıqsız qalıb.