Uçurumdan yıxıldı, 5 gün yalnız su içdi

Möcüzə qurtuluş

 İstanbulun Sarıyer bölgəsində uçurumdan yıxılan adam 5 gün xilas edilmədiyini gözləyib. Bu müddətdə yalnız su içərək həyatda qalmağı bacarıb.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, hadisə İstanbulun Qəribcə məhəlləsindəki meşəlik ərazidə baş verib. R.K. isimli şəxs meşəlik ərazidəki bulaqdan su götürmək üçün qayalığa dırmaşıb. Ayağı sürüşən adam yüksəklikdən uçuruma yuvarlanıb. Ayağı sındığı üçün yerindən tərpənə bilməyib. İnsanları köməyə çağırıb. Lakin ətrafda kimsənin olmaması səsinin eşidilməməsinə, düşdüyü yerdəcə qalmasına səbəb olub. Xoşbəxtlikdən suyla doldurduğu bardaq da yanına düşüb. Adam 5 gün boyunca sudan içib, su sayəsində həyatda qalıb. 5 gün sonra isə əraziyə dincəlməyə gələn 2 nəfər yaxınlıqda bir adamın yerdə uzandığını fərq edib. Ona yaxınlaşıblar və yaralı olduğunu görüblər. Xilasetmə xidmətinə zəng ediblər. Əraziyə gələn xilasetmə əməkdaşları şəxsi qayığa qoyaraq xəstəxanaya aparıb. Məlum olub ki, adamın hər iki ayağında sınıq var. Hazırda şəxsin müalicəsi davam edir.