Sellofan torbada körpə tapıldı 

Yenicə doğulmuş körpə sellofan paketə qoyularaq küçəyə atılıb. Polis hadisə yerinə gələn polis və təcili yardım gördüklərindən şoka düşüb. Məlum olub ki, körpə bir neçə dəqiqə əvvəldək sağ imiş.
 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, hadisə İstanbulun Esənyurt bölgəsində qeydə alınıb. Küçədən keçən bir nəfər sellofan paketin içində nəyinsə tərpəndiyini görüb. Yaxınlaşıb pketi açdıqda orada körpə olduğunu görüb. Həmin şəxs cəld polisi arayıb. Hadisə yerinə polis və təcli tibbi yardım heyəti gəlib. Araşdırma aparan polis körpəni küçəyə atan qadını yaxalayıb. Polis qadının ifadəsini alıb. Qadın əməlini etiraf edib, bildirib ki, səhər saatlarında mənzildə təkbaşına doğuş gerçəkləşdirib. Sonra isə onu market paketinin içinə qoyaraq küçəyə atıb. Körpənin göbək ciyəsi də hələ üstündə olub. 
Qeyd edək ki, Təcili yardım körpəni xəstəxanaya apararkən yolda ürək  döyüntüsü dayanıb.
 Körpənin sağ qalıb-qalmadığı məlum deyil.