Kürdəmirdə minik avtomobili yanıb

Kürdəmir rayonunun Xırdapay kəndində "Mercedes" markalı minik avtomobilinin sürətlər qutusunun yanar hissələri qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.