Gəncədə 37 yaşlı kişi intihar edib

Gəncədə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Şahbuz Xanlı yaşadığı evin zirzəmisində sol qolunu kəsici alətlə kəsərək intihar edib.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.