Türkiyədə 5.1 maqnitudalı zəlzələ olub

Türkiyədə 5.1 maqnitudalı zəlzələ olub.
APA xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Qeyd edilib ki, yeraltı təkan Mərmərə dənizinin Gemlik körfəzində 9 km dərinlikdə baş verib.
Zəlzələnin maqnitudası 5.1 olub.