Masallıda ev yanıb

Masallıda evdə yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Əminli kəndində ümumi sahəsi 105 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 75 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.