Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Azərbaycan Mərkəzi Bankının 7 baş direktorundan biri, Aqşin Vəliyev vəzifəsindən azad edilib.
"Sherg.az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edək ki, AMB-nin digər baş direktorları - Ziya Zəfər oğlu Əliyev, Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev, Fərid Tofiq oğlu Osmanov, Gülər Azər qızı Paşayevadır.