Bakıda üç evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Bakıda üç evdən oğurluq olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə qəsəbəsində 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Əlizadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.