Qurban Yetirmişli: İyuldakı zəlzələdən sonra qalan enerjinin nəticəsi olaraq bu gün yeraltı təkanlar hiss edilib

İyul ayının 4-də zəlzələ baş vermişdi. Ondan sonra qalan enerjinin nəticəsi olaraq bu gün yeraltı təkanlar hiss edildi.
APA xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələyə dair brifinqdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, iyulda baş vermiş zəlzələdən sonra tam enerji boşalması olmadığı üçün bu gözlənilən zəlzələ idi.
Qurban Yetirmişli deyib ki, bugünkü zəlzələ 51 saniyə davam edib: "Zəlzələnin hiss olunması isə 47 saniyəyə qədər olub. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb".