Tofiq Bəhramov stadionunda sektorun tavanı uçdu 

Tofiq Bəhramov adına Respublika stadionunda sektorun tavanı uçub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb.

Qeyd edək ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”-“Hakken” görüşü keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.