Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var

Ağstafa şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1998-ci il təvəllüdlü İslam Məmmədzadə və 1979-cu il təvəllüdlü Tariyel İsgəndərov müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.