Körpüdə çökmə səbəbindən “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb.
APA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sürücülərdən nəzərə almaları xahiş edilir.