Xaçmazda küçə və həyətləri sel basıb

Xaçmaz bir neçə gündür davam edən yağıntılar fəsad törədib.
APA-nın şimal bürosu xəbər verir ki, rayonun Tel kəndində küçələri və həyətləri sel basıb. Kənd sakinləri yağıntılar davam etdiyindən suyun evlərə dolma təhlükəsinin olduğunu bildiriblər.