Məhsa Amininin şəklini daşıyan təyyarənin Misirə enməsinə icazə verilmədi

Ötən il İranda həbsdə dünyasını dəyişən və ölkədə geniş etirazlara səbəb olan Məhsa Əmininin şəkli Misirdə qadağan edilib. İtalyan aktyor və rejissor Enrike Pineyro gənc qadının şəklini daşıyan yardım təyyarəsinin Misirə enməsinə icazə verilmədiyini açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Əl Arişdən Qəzzaya yardım aparmaq istədiyini deyən italyan aktyor və rejissor Enrike Piñeyro, şəxsi təyyarəsinin quyruğundakı Mahsa Amininin görüntüsünü silmək məcburiyyətində qaldıqlarını açıqlayıb.


O anların videosunu sosial şəbəkədə paylaşan Piñeyro, "Heç bir qadın başı açıq qaldığı üçün öldürülməməli, bunları dediyi üçün heç kim asılmamalıdır" sözlərini yazıb.

Ötən il İranda 22 yaşlı Məhsa Əmini hicab qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılıb və 3 gün sonra dünyasını dəyişib.

Əmininin ölümündən sonra İran aylarla etirazlar və zorakılıqların şahidi oldu.