Kirpi balığı yeyən 7 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Hatay bölgəsinin İsgəndərun rayonunda dənizdən tutduqları kirpi balığını yeyən 7 nəfər xəstəxanaya yerləşdirilib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə İskenderun rayonunun Numunə məhləsində baş verib.


Əldə edilən məlumata görə, dənizdən balıq ovlayanlar onu  bişirərək yeyiblər.

Qısa müddətdən sonra zəhərlənən 7 nəfər  xəstəxanaya aparılıb. Onlardan  1-nin həyati təhlükəsi olduğu bildirilir.