Türkiyədən görüntülər! Dərhal 112-yə zəng etdilər

Mersinin Akdeniz rayonunda altı giləli köpəkbalığı sahilə çıxıb. Dişi köpəkbalığının uzunluğunun 4,1 metr, çəkisinin isə 400 kiloqram olduğu bildirilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mersin Beynəlxalq Limanı yaxınlığında gəzən vətəndaşlar sahildə köpək balığı görüb və vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Komandalar xəbərdar edildikdən sonra əraziyə yönəldilib və ictimaiyyət arasında "boz köpəkbalığı" kimi tanınan altı giləli  köpəkbalığının öldüyünü müəyyən ediblər.

Mersin Universiteti Balıqçılıq Fakültəsi Emal Texnologiyası Bölümü Müəllim Prof. Dr. Dəniz Ayas da bölgəyə gedərək köpək balığını müayinə edib.

Böyükşəhər Bələdiyyəsi Ətraf Mühitin Mühafizəsi və Nəzarət İdarəsi tərəfindən kranın köməyi ilə dənizdən çıxarılan köpəkbalığının basdırılacağı öyrənilib.

Prof. Dr. Dəniz Ayas dişi köpəkbalığının 4,1 metr uzunluğunda, 400 kiloqram ağırlığında olduğunu bildirib.