Sosial media fenomeni təhlükəli oyun oynadı, saxlandı

Türkiyədə sosial mediada məzmun istehsal edən fenomen, Topkapı - Şəhid Mustafa Cambaz metrobüs dayanacağındakı panelə dırmaşaraq metrobüsə minib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, iki dayanacaq irəliləyən metrobüs Ədirnekapı dayanacağına çatdıqda, avtomobildəki şəxs mühafizəçilərin diqqətini çəkib.

Mühafizəçilər yola düşmək üzrə olan metrobusu saxlayıblar və avtomobilin üstündəki sosial media fenomeninə  enməsini bildiriblər.

Mühafizəçilərlə bir müddət danışan şəxs daha sonra aşağı salınıb.

Məsələ ilə bağlı məlumatlandırılan İETT səlahiyyətlilərinin sosial media fenomenindən şikayət edəcəyi öyrənilib.


Hadisənin metrobunun üzərinə çıxaraq mühafizəçi tərəfindən endirilməsi anlar dayanacaqdakı kameralara düşüb.

Məlum olub ki, həmin şəxs daha əvvəl də bərədən dənizə atılıb və bu anları sosial media hesabında paylaşıb.