İnterpol  axtarışa vermişdi, Çanaqqalada tutuldu

Çanaqqalanın Ayvacık rayonunun Küçükkuyu qəsəbəsində "cinsi məqsədli insan alveri" maddəsi ilə İnterpol tərəfindən qırmızı bülletenlə beynəlxalq axtarışa verilən "Madam Klod" ləqəbli Özbəkistan əsilli Nilufər Mirxanovanın olduğu öyrənilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, texniki və fiziki təqibdən sonra müəyyən edilib ki, M.Mirxanova Rusiya, Belarus, Qırğızıstan, Türkmənistan və Özbəkistandan çoxlu sayda qadını qanunsuz yolla Türkiyəyə keçirərək vasitəçilər vasitəsilə əxlaqsızlıq yuvalarına satıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Mirxanova Küçükkuyudakı evində yaxalanıb.

Polis bölməsində əməliyyatları başa çatdıqdan sonra Mirxanova deportasiya olunmaq üçün Ayvacık Repatriasiya Mərkəzinə təhvil verilib.