Ziyafət zəhər oldu: Balon  balığın ciyərini yedilər


Kirpi balığı yedikdən sonra halı pisləşən və aparıldığı xəstəxanada intubasiya edilən Müfit Arslanın müalicəsi davam edir. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, yaşlı adamın kirpi balığının ciyərini yediyi öyrənilib.

Yanvarın 2-də İskəndərunda həvəskar balıqçı və mexanik Müfit Arslan ailəsi ilə birlikdə tutduğu kirpi balığını yeyib, onunla birlikdə 7 nəfər zəhərlənib. Adanada Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasına sövq edilən 7 nəfərdən Arslanın səhhətinin ağır olduğu və müalicəsi davam edərkən ailə üzvlərinin evə buraxıldığı bildirilib.

İhlas Xəbər Agentliyinə danışan Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanası Daxili Xəstəlikləri və Reanimasiya Mütəxəssisi Dr. Kaniye Aydın bildirib ki, Müfit Aslanın vəziyyəti getdikcə yaxşılaşır:“İntubasiya edilən Müfit Arslan dünən günorta saatlarında süni nəfəs aparatından çıxarılıb. O, huşunu itirib və gəldiyi vaxtdan daha yaxşı vəziyyətdədir. Onun 2-3 gün ərzində evə buraxılacağı gözlənilir. Təəssüf ki, bu vəziyyətin xüsusi müalicəsi yoxdur. Bu balıq sianiddən daha zəhərlidir. Təəssüf ki, bunun üçün zəhəri aradan qaldıra biləcək heç bir antidot yoxdur. Xəstəmiz müalicəyə müsbət cavab verdi.

Dr. Aydın Müfit Aslanın balığın ciyərini yediyini ifadə edərək bunları deyib: "Təəssüf ki, bu zəhər olduqca öldürücüdür. Ailə onu yedikdən sonra bu balığın şəklini çəkob. Bunun ölümcül bir balıq növü olduğunu anladılar. Pasiyentimiz balığın ciyərini yedi. Balığın qaraciyəri.Xüsusilə də zəhər daxili orqanlarda, bəzən də dəridə olur. Bu zəhər ölümlə nəticələnə bilər.  Balığın növünü bilmək diaqnozda çox kömək etdi".

Vətəndaşların bilmədikləri dəniz məhsullarından uzaq durmağa çağıran  Dr. Aydın, "Vətəndaşlar bilmədiyi dəniz məhsulları istehlak etməsinlər. Pasiyentimiz bu balığın fotoşəkillərini çəkob və erkən diaqnoz həyatını xilas etdi. Xəstəmiz xəstəxanadan çıxdıqdan sonra izlənəcək. Qalıcı zərər gözlənilmir" deyə bildirib.