8 yaşlı qıza sahibsiz itlərin hücumu: Qulağı kəsilib

Ərzurumda 8 yaşlı Ela Sarıtaş dərsdən sonra sahibsiz itlərin hücumuna məruz qalıb. Qulağının yuxarı hissəsi kəsilərək bədəninin müxtəlif nahiyələrindən xəsarət alan uşağa tibbi yardım göstərilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Tekman rayonunun Toptəpə rayonunda yaşayan Müjde-Yunus Sarıtaş cütlüyünün övladı 8 yaşlı Ela Sarıtaş məktəbdən çıxaraq dostu ilə evə gedərkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Dostunun qaçdığı hücum zamanı qanlar içində qalan Sarıtaşı yoldan keçən 14 yaşlı qız xilas edib. Qız itləri qovub, daha sonra Sarıtaşı evinə aparıb.

Hücum nəticəsində yuxarı sol qulağı kəsilən qızı ailəsi xəstəxanaya aparıb.

Burada ilkin tibbi yardım alan balaca Ela göndərildiyi Ərzurum şəhər xəstəxanasında müalicə olunub.