82 yaşlı kişi qadın tərəfindən təcavüzə məruz qaldı


“Məni buraxmadı, itələdim və qaçdım”

İstanbulun Arnavutköy rayonunda bir qadın çörək aldıqdan sonra evə gedən qocaya sataşaraq pulunu oğurlamağa cəhd edib.

Sherg.az xəbər verir ki, hadisə bu yaxınlarda Arnavutköy Anadolu səmtində baş verib. İddialara görə, səhər saat 09:00 radələrində çörək almaq üçün evindən çıxan 82 yaşlı Həsən Sel çörək sexindən çörək alıb evə qayıdarkən yolda onu izləyən qadın tərəfindən sıxışdırılıb.

Küçə boyu qocanı bir-iki dəfə sıxan qadın əlini cibinə salaraq pulunu almağa çalışıb. Yaşlı kişi binaya daxil olarkən qadın yenidən ona yaxınlaşıb və ona sataşarkən əlini cibinə salaraq pulunu oğurlamağa cəhd edib. Həsən Sel qadını itələyərək sürətlə binaya daxil olub. Həmin anlar təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.