Polisin “Barbi-ES” əməliyyatı: 18 nəfər saxlanılıb


Türkiyənin Əskişəhər polisi "Barbi-ES" adlı fahişəlik əməliyyatı təşkil edib.
 Sherg.az türk mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Ankara, İstanbul, Ağrı və Mardin, həmçinin Əskişəhərdə müəyyən edilmiş ünvanlara basqınlar edilib.
Reydlər zamanı 10-u Əskişəhərdə olmaqla 18 şübhəli yaxalanıb.


Fahişəliyə təşviq, vasitəçilik, məcburiyyət və yer təmin etmək ittihamı ilə saxlanılan şübhəlilər Əskişəhərə gətirilib.
İfadələri alınan 8-i qadın olmaqla 18 şübhəli polis bölməsindəki araşdırmalardan sonra ədliyyəyə göndərilib.

Bundan başqa, cinayətdə şübhəli bilinən şəxslərin istifadə etdiyi 7 avtomobil də ələ keçirilib. İstintaq davam edir.