Acun açıqladı: Polis Dominikada Survivor komandasına qarşı əməliyyat keçirib 

"Survivor"un 4-cü seriyasının treyleri gündəm oldu. Təqdimatda Nagihan və Turabinin sözləri diqqəti cəlb edərkən, əslində yadda qalan Acun İlıcalının dedikləridi.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İlıcalı Dominikan polisinin Survivorda əməliyyat keçirdiyini açıqlayıb.


Ada məclisində açıqlama verən Acun Ilıcalı, "Məni təəccübləndirən çox hadisələr oldu, amma bu çox  maraqlıdır. Bu yaşdayam, belə bir şey görməmişəm. Mənə telefon gəlir. Qardaş... Bəy, deyir ki, Dominikan polisi əməliyyat keçirib, adamlarımızı aparıb”.

Acun Ilıcalının da təəccübləndirdiyi hadisənin təfərrüatları maraq doğurub.

Digər tərəfdən "Survivor All Star"ın üçüncü toxunulmazlıq oyunu bu axşam nümayiş etdiriləcək. Təqdimatda Nagihanın məzəmməti diqqət çəkib. Kişilərin zəif olduğunu deyən Nagihan qalib gəlməli olduqlarını vurğulayıb.

Turabi yarışmaçıları yuxusunda gördüyünü bu sözlərlə izah edib:

"Röyamı mənə  zindan etdilər. Yemək yeyib, gözəl yuxu görəcəyimi düşünəndə Hakanı gördüm. Qaçaraq məndən yemək istədi,  verməməyə çalışdım. Yuxumu zəhər etdilər".