3 il fərqlə dəhşət: 2 qardaş eyni faciənin qurbanı oldu

  Bir ailənin 2 övladı fərqli zamanlarda eyni faciənin qurbanı olub. 3 il əvvəl ailənin böyük oğlu avtomobil qəzasında həyatını itirib. İndi də ailənin kiçik oğlu, 5 yaşlı Muhamməd Enes yolu keçərkən avtomobil vurması nəticəsində vəfat edib.
“Sherg.az” "NTV.com.tr”yə istinadən bildirir ki, hadisə İstanbulun Sultanqazi səmtindəki “50-ci il məhəlləsində baş verib. Quran kursundan çıxan 5 yaşlı Muhammed Enes Memiş axşam saat 19:00 radələrində yolu keçərkən qarşıdan sürətlə hərəkət edən minibus onu vurub. Hadisə yerinə polis və təcili yardım cəlb olunub. Uşağın avtobusun altında qaldığını görən valideynlər stress, əsəb sarsıntısı keçirib. 5 yaşlı uşağın cəsədi Ədli Tibb Mərkəzinə aparılıb. Tibbi ekspertiza rəyindən sonra ailəsinə təhvil verilib. Körpənin əmisi Fazil Memiş deyib ki, 3 il əvvəl də ailənin 10 yaşlı övladı avtomobil vurması nəticəsində ölüb. 5 yaşlı Muhamməd Enes böyük qardaşı ilə eyni faciəli tale yaşayıb. Muhamməd Enes Quran kursundan gələrkən, qardaşı isə cümə namazına tələsərkən həyatlarını itiriblər.