Tiflisdən Bakıya uçuşlar ləğv edildi

Əlverişsiz hava şəraiti ilə əlaqədar Tiflis Beynəlxalq Hava Limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Bildirilib ki, xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib.