Sumqayıtda bank hesabından 13 min manat oğurlanıb

Sumqayıtda bank hesabından 13 min manat oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yanvarın 8-də Sumqayıt şəhəri ərazisində bir nəfərin bank hesabından 13.100 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Əsəd Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.