Mələknur 6 nəfərə can verdi  - Atası əvvəlcə imzalamaq istəmirdi 

Türkiyənin Fatih səmtində Yeni il gecəsi başından vurularaq dünyasını dəyişən 17 yaşlı Meleknur Özgenerin orqanları 6 nəfərə həyat verib. Ata Bülent Özgener "Bir qızı itirdim, amma daha 6 uşağım oldu" - deyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Yeni il gecəsi saat 00.16 radələrində Ali Kuşçu mahalı Fatihdə baş verən hadisədə başından tapança ilə vurularaq ağır yaralanan Meleknur Özgener şübhəli Ercan Ş. tərəfindən xəstəxanaya gətirilib. Bütün cəhdlərə baxmayaraq, Meleknur Özgener günlər sonra dünyasını dəyişib.


 
Hadisə zamanı Meleknur Özgenerin vurulduğu avtomobildə olduğu aşkarlanan Nisə A. bir dostu ilə görüşdüklərini, həmin şəxsin silahını çıxararaq zarafatlaşdığını deyib: “Səni vurum, yoxsa səni vurum?". Bu zaman  tapançadan atəş açılıb və rəfiqəsi vurulub. Polis qrupları tərəfindən tutulan Ercan Ş. məhkəmənin qərarı ilə həbs olunub.

Mələknurun ölümündən sonra ailəsi həkimlərin də məsləhəti ilə onun orqanlarını bağışlamağa qərar verib. Mələknurun orqanları 6 nəfəri xilas edib. Orqan nəqlinə ehtiyacı olan 6 nəfərdən birinin təxminən 2 saat ərzində orqan nəqlinə ehtiyacı olan xəstə olduğu öyrənilib.

Meleknur Özgenerin atası Bülent Özgener, "İçim üşüyür, hiss etmirəm, amma bir az soyudum. Ədalət yerini tapdı. İnşallah içəridən çıxa bilməz. Daha çox canlar acımasın. Qətl törədəni niyə azad edirsiniz?Ana-ataya ağır yara verdi. Bu dəfə də gəlib mənim 17 yaşlı qızımın həyatına son qoydu. Bu, sözlə ifadə olunmaz hissdir". deyə kədərini bildirirb.


 
Ata Özgener daha sonra deyb:  "Bir qızımı itirdim, amma 6 övladım oldu. 6 nəfərə can verdi. Bu proses davam edərkən bir xəstənin 2 saatı qalmışdı. Dəyərlər uyğun olunca o adam 1-2 saat içində həyata döndü. Hazırda 8 övladım var. Mələk dünyasını dəyişəndən sonra həkim belə bir təklif etdi. İmza  ata bilmədim. Normalda qızımın saçının telinə zərər gəlməsini istəməzdim. Özümdə deyildim, qəbul edə bilməzdim. İmzalamaq istəmirdim. Həkim bir daha izah edəndə imzaladım”.