Naftalanda avtomobillər toqquşub: Ölən və xəsarət alanlar var

Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

Naftalan şəhər Qaşaltı Qaraqoyunlu yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı şəhər sakini, 2001-ci il təvəllüdlü Elşən Qələndərov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Digər avtomobildə olan, 1962-ci il təvəllüdlü Feyzulla Həşimov və 1981-ci il təvəllüdlü Seymur Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.