Təmir zamanı usta liftin şaxtasına düşərək dünyasını dəyişib

Arnavutköydə təmir işləri zamanı liftin şaxtasına düşən  usta Mustafa Ergün həyatını itirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Hadımköy Ürgüplü küçəsində yerləşən 6 mərtəbəli tekstil firmasında liftin təmiri üçün işləyən texnik usta Mustafa Ergün (35) müvazinətini itirərək liftin şaxtasına düşüb.

İşçilərin xəbəri üzərinə şirkətə gələn sağlamlıq qrupları tərəfindən aparılan yoxlama zamanı Ergünün öldüyü müəyyən edilib.

Polis araşdırmalarını tamamladıqdan sonra Ergünün cəsədi Ədliyyə Tibb Təşkilatına aparılıb.