Lisey şagirdi xəstəlikdən vəfat etdi

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.
Bu barədə Bakupost.az -a liseydən məlumat verilib.
"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Əmirli xəsətəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", - məlumatda bildirilib.