Qoruyucu eynək üçün həkimə getdi: Gənc xanım eşitdiyi sözlər qarşısında şok oldu

Məlum olub ki, baş ağrısının səbəbi xəstəlikdir

  Kompüter arxasında, internet resurslara bağlı işləyənlərə qoruyucu eynək taxmaq daim məsləhət edilir. 25 yaşlı Eleanor Levin də monitora baxarkən gözləri ağrımasın deyə göz həkiminə müraciət edib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Eleanor Levin  ABŞ-nin Massaçusets ştatında yaşayır. Qoruyucu eynək üçün göz həkiminə müraciət edən gənc xanım eşitdiyi sözlər qarşısında şoka düşüb. Həkim müayinəsindən sonra ona gözündə xərçəng xəstəliyi olduğu deyilib. Halbuki o, nə uşaq yaşlarında, nə də sonralar gözündən, görmə qabliyyətindən şikayət etməyib, heç bir problemlə qarşılaşmayıb. Mavi gözlərinin hər zaman sağlam olduğunu düşünüb. Lakin gözlərinin müayinəsi qorxunc xəstəliyə tutulduğunu üzə çıxarıb. Gözlərinin müayinəsi zamanı məlum olub ki, gözün arxa divarında bəlli bir ölçüdə şiş vardır. Aparılan test nəticəsində bunun xərçəng şişi olduğu bilinib. Tibdə buna okulyar melanom deyilir. Bu, xərçəng xəstəliyinin çox nadir rast gəlinən növüdür. Xəstəliyin bu növü  dəriyə, saçlara, gözlərə rəng verən melanin piqmentini əmələ gətirən melanositlərdən yaranır. Bu xərçəng şişinə göz dairəsinin orta təbəqəsində - göz bəbəyinin rəngli hissəsində rast gəlinir. Xəstəliyin əlamətləri gözlərin ölçüsündə dəyişiklik, şişkinlik, bəbəklərin  hərəkətində dəyişikliklər, gözün ağında ləkələr, baxarkən göz önündə işıqların sanki yanıb-sönməsi, görmə bulanıqlığıdır. Lakin gənc xanımda bu əlamətlər olmayıb. Eleanor deyib ki, sadəcə, son zamanlar başında ağrılar artıb və o, bunu gözlərinin həddindən artıq yüklənməsi ilə əlaqələndirərək, qoruyucu eynək taxmaq qərarına gəlib. Həkimlər əvvəlcə şüa terapiyasına başlayıb, şiş ətraf bölgələrə yayılmasın deyə, qarşısını almağa çalışıblar. Verilən analizlərdə xərçəng xəstəliyi aşkarlanmayıb. Gənc qadına gözündəki infeksiyaların müalicəsi təyin edilib ki, görmə qabiliyyətini itirməsin. Bu müalicə 5 il davam etməlidir. Eleanorun sol gözü görmə qabiliyyətini itirsə də, xərçəngin qarşısı alınıb. Göz xəstəlikləri üzrə mütəxəssis Cafer Tanrıverdi isə bildirib ki, okülyar melanom orta yaşlı insanlarda rast gəlinən xərçəng xəstəliyi növüdür. Bu xəstəliyə tutulma ən çox 60-70 yaşlılarda özünü göstərir. Uşaqlarda və tünd dərili insanlarda nadir hallarda rast gəlinir. Adətən gözün birində olur. Hər iki gözdə nadir hallarda görülür. Həkim qeyd edib ki, bu xəstəlik müalicəyə tabe olur. Şiş böyüyüb yayılmasın deyə, gözü əməliyyat edib, protez göz qoyurlar. Bununla da xəstə sağalır.