Münasibətdə olduğu qadını evinin qapısında öldürüb

Türkiyənin Samsun şəhərində bir kişi münasibətdə olduğu qadını evinin qapısında öldürüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə, Pelitköy məhəlləsi, Atakum səmtindəki Pelitköy Kütləvi Yaşayışlarında baş verib. İddiaya görə, mənzilin gözətçisi Muradiye Terzi evinin qapısı önündə sağ sinəsindən tapança ilə vurulmuş vəziyyətdə tapıb. Xəbər verildikdən sonra hadisə yerinə qruplar göndərilib.
Terzi təcili yardımla xəstəxanaya aparılıb, lakin burada həyatını itirib. Polis araşdırmaya başlayıb və şübhəlinin Terzi ilə münasibət yaşadığı M.D. olduğunu müəyyən edib. 

Şübhəlinin tutulması üçün işlərə başlanıb, Muradiye Terzi ilə M.D.-nin fərqli şəxslərlə evli olduğu öyrənilib.