COVİD-19-a tutulandan  sonra oldu, ailəsi çarəsizdir - FOTOLAR

Ərzurumda COVİD-19-dan sonra milyonda 2 və ya 3 halda görülən “pemfiqus” kimi tanınan dəri xəstəliyinə tutulan 80 faiz əqli qüsurlu İbrahim Akanın üzü 1 il ərzində tanınmaz hala gəldi. Akanın ailəsi hər kəsi  köməyə səsləyir.

Sherg.az türk mediasına istinadən  xəbər verir ki, Zinnet-Cengiz Akan cütlüyünün 3-ü əlil olan 7 uşağının ən böyüyü İbrahim Akanın (38) 2021-ci ildə Covid-19-a yoluxduqdan sonra üzündə yaralar görünməyə başlayıb. 


Xəstəxanaya müraciət edən və 2 doza Covid-19 peyvəndi aldığını öyrənən Akan, milyonda 2 və ya 3 adamda görülən Aralıq dənizi mənşəli və Braziliya tropik meşələrində yaşayanlarda təsadüf edilən "pemfiqus" xəstəliyinə tutulub. .

80 faiz əqli qüsurlu olan və nadir xəstəlikdən müalicə alan Akan bir müddət sonra sağalıb və evə buraxılıb.

2023-cü ilin əvvəlində Akan yenidən xəstələnib.

Bu dəfə Akanın üzündə olduğu kimi bədənində də yaralar görünməyə başlayıb. İkinci dəfə xəstəxanaya yerləşdirilən Akan dermatoloji xidmətdə müalicə alıb.

Üzü tanınmaz hala gələn İbrahim Akan, "Güzgüyə və heç kimin üzünə baxa bilmirəm. Üzüm heç olmasa bir az düzəlsə çox sevinərdim" deyib. 

Anası isə "Oğlum milyonda bir təsadüf edilən xəstəliyə tutulub. Uşağım sözün əsl mənasında hər gün gözümün qabağında çürüyür. Xahiş edirəm kömək edin" deyə kədərini dilə gətirib.


 
Pemfiqus xəstəliyi daha çox dəri və ağızda yaranan, lakin bəzən burun, boğaz, göz və cinsi orqanlarda da ola bilən dəhşətli bir dəri xəstəliyidir. Yanıq kimi maye ilə dolu qabarcıqlar şəklində başlayır və qısa müddət ərzində partlayan və açılan səthi yaralar kimi irəliləyir. 
Tibb baxımından otoimmün xəstəlik kimi təsnif edilir.




Pemfiqus nadir bir xəstəlikdir. Türkiyə ilə bağlı qəti məlumat olmasa da, təxminən 1 milyon insandan 2-3-ündə bu xəstəliyə tutulduğu təxmin edilir. Kişilərdə və qadınlarda eyni dərəcədə tez-tez baş verir. Ən çox orta yaşlı insanlarda rast gəlinsə də, hər yaşda müşahidə oluna bilər.

Bildirilir ki, pemfiqus daha çox Aralıq dənizi mənşəli insanlarda, Braziliya yağış meşələrində yaşayan insanlarda, orta və yaşlı insanlarda müşahidə olunur.