XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama

Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.
Bu barədə Xarici İşlər Nazirliyi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yaydığı açıqlamada bildirib.

Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Kamil Zeynallı rəsmi İnstaqram səhifəsində açdığı canlı yayımda Ermənistanın onu beynəlxalq axtarışa verdiyini, məhkəməyə çıxarılacağını deyib.