Bakıda məktəbdə yanğın olub - YENİLƏNİB

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 17 saylı orta məktəbin həyətində yığılmış tullantılarda baş vemiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində məktəbin həyətində 0.5 kv.m. sahədə taxta qırıntıları yanıb.

***
Bakıda məktəbin ərazisində yanğın baş verib.

APA xəbər verir ki, yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbin ərazisində qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.