53 saylı məktəbdə 7-ci sinif şagirdi ağır xəsarət aldı

Bakının Yasamal rayonunda yerləşən 53 saylı orta məktəbin 7- ci sinif şagirdi sinif yoldaşları tərəfindən zorakılığa məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, şagirdlər sinif yoldaşlarının başına ağır zərbələr vurarq ona xəsarət yetiriblər.
Globalinfo.az-ın əməkdaşı 53 saylı məktəblə əlaqə saxlamağa çalışsa da, zəngələrə cavab verən olmayıb.
Qeyd edək ki, həmin uşağa qarşı ilk belə hadisə olmadığı, direktora bu barədə dəfələrlə məlumat verildiyi, direktorun isə indiyənə kimi heç bir tədbir görmədiyi iddia edilir.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.