Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb - FOTO -YENILƏNİB

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.
APA-nın yerli bürosu xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.
Meyiti axtarılan şəxsin qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızı olduğu bildirilir.
Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb.

***
Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Verilən məlumata görə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızı, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.