Tarixi paytaxtımızda partlayış: ölənlər var

Təbrizin Abbası bölgəsinin Əhmədabad küçəsində qaz sızması nəticəsində partlayış meydana gəlib.
Axar.az xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb.
Məlumata görə, partlayışda bir ailənin 4 üzvü həyatını itirib.
Hadisə yerindən sağ çıxan 3 yaşlı qız uşağı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.