Ayı arı  pətəklərinə hücum edib

Şırnakın Uludere rayonunda ayılar arı pətəklərinə ziyan vurub.

Sherg.az xəbər verir ki, rayonun Andaç kəndinə enən ayılar Messia Ölməzə məxsus arı pətəklərinə hücum edib.

Ayılar məhv etdikləri pətəklərdəki balı yeyib, çoxlu arılar ölüb.

Ölməzin vəziyyəti bildirməsindən sonra İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyinin qrupları kəndə gələrək araşdırma aparıb.

Qruplar 40 pətəyin zədələndiyini müəyyən ediblər.

Dəymiş ziyana görə istehsalçıya dəstək veriləcəyi bildirilib.