Diş ağrısı ilə yuxuya getdi, 32 il sonra oyandı! Tibb tarixində BİR İLK - FOTO

14 yaşında diş ağrısı ilə yuxuya getdikdən sonra uzun illər  heç ayılmadı. 

Sherg.az "Milliyet.com.tr" -yə istinadən xəbər verir ki, o, İsveçin Oknö bölgəsində 5 uşaqlı bir ailənin tək qızı olaraq dünyaya gəlib. Ömrünün ilk 14 ili həmyaşıdları kimi normal keçib. Lakin adi bir gündə məktəbdən qayıdarkən yıxılaraq başı yerə dəyib. Evə gəlib vəziyyəti ailəsinə danışıb. Ailəsi dərhal  müdaxilə edib. Qısa müddətdən sonra kiçik qızın heç bir problemi olmadığı öyrənilib. Lakin günlərin birində  güclü  diş ağrısı və sifətinin şişməsi ilə dərsdən evə qaçıb. Bu dəfə ailəsi qızına yatıb dincəlməyi məsləhət görüb və səhərə heç nə qalmayacağını bildirib. Balaca Karolina  yatmağa gedib və o gecə yatdığı yataqdan  32 il qalxa bilməyib.
Günlər keçdi və əvvəlcə ailəsi qızlarının dərin yuxusunu anlaya bilmədi. Aylar keçdi, ailə çarəsiz qaldı və nə edəcəyini bilmədi. Karolina yuxuya getdikdən 6 il sonra ailəsi onu həkimə aparıb. Qızlarının xəstəxanada oyanacağına tam inamı olan ailə, qızlarına elektrik cərəyanı verilsə də oyanmadığını görəndə bir daha pərişan olub. Karolinanın vəziyyəti bu günə qədər yuxu pozuntusu ilə bağlı aparılan bütün araşdırmalara zidd idi. Onu görən həkimlər heyrətdən çaş-baş qalmışdılar, lakin onların bir fikri var idi. Həkimlərin fikrincə, Karolina demensiya ilə əlaqəli insult keçirə bilərdi. Ancaq bunu heç vaxt sübut edə bilmədilər.

Karolinanın ailəsi artıq bu vəziyyəti qəbul etdi. Ora qədər ki, anası hər gecə yatarkən ona süd verməyə davam edirdi. Maraqlısı o idi ki, Karolina kənardan verilən yeməyi yeyə bilməsə də, bədəni şəkərli südü qəbul edirdi. Yatsa da arıqlamırdı, üstəlik, dırnaqları, saçları uzanmırdı. Karolinanın işində maraqlı olan o idi ki, o, illərdir yatsa da, zehni kifayət qədər aktiv idi. Müşahidələrə görə, Karolina ətrafındakı hadisələrə kiçik mimikalarla reaksiya verirdi. Eynən qardaşının ölümündən sonra günlərlə gözlərindən axan yaşlar kimi.

 
Təqvimlər 1905-ci ili göstərirdi. Qızı hələ yatarkən 29 il ona baxan anası dünyasını dəyişib. Karolinaya baxacaq heç kim qalmadıqda ailəsi onun üçün qulluqçu tutub. Xidmətçi qadın bütün ehtiyaclarını tam yerinə yetirdi və anasının qoyduğu nizamı davam etdirdi. Anasının ölümündən cəmi 3 il sonra Karolinanın vəziyyətində inanılmaz dəyişiklik baş verdi.

3 aprel 1908-ci ildə Karolinanın otağından səs gəldi. Xidmətçi qadın yuxarı qalxdı və Karolinanı yerdə sürünərək, gözləri açıq və ağladığını gördü. 32 illik yuxusundan oyanan Karolina heç nə xatırlaya bilmirdi.

Həmin illərdə Karolinanın hekayəsi çox adama məlum idi və onun haqqında həkimlərin araşdırmaları izlənilirdi. Karolinanın oyandığını öyrənən həkimlər onun yanına gələrək bir sıra analizlər aparıblar. Testlər Karolinanın arıqlamadığını və real yaşından çox gənc davrandığını göstərərək, illərin ona çox da təsir etmədiyini göstərdi. 


 
Bir neçə həftə ərzində Karolina gücünü və nitqini bərpa etdi. Bəzi insanlar hətta onun həqiqətən yatıb-yatmadığını soruşmağa başladılar.

Kiçik qızın hekayəsində yaxından iştirak edən isveçli psixiatr Harald Fröderström, Karolinanın kədərli bir hadisənin yaratdığı bir növ psixozdan əziyyət çəkə biləcəyini  söylədi. Karolinanın 14 yaşında yatıb 46 yaşında yuxudan oyanması və 32 il bir söz demədən gözlərini yumaraq  yatması hər baxımdan qəribə idi. Onun o illərdə yaşadıqlarını nə elm, nə də mənəvi baxışlar izah edə bilməyib. Bu barədə çoxlu nəzəriyyələr yazılıb, cızılıb, insanlar öz aralarında danışmağa davam ediblər. Ancaq 32 il yatdıqdan sonra həyata qayıtdı və onlarla itirilmiş illərə baxmayaraq, daha 42 il sağlam yaşadı.

Karolina 1950-ci il aprelin 5-də 88 yaşında vəfat edib. O, 88 illik həyat yoluna 14 il uşaqlıq, 42 il yetkinlik və 32 itirilmiş il sığdırdı.

Karolinanın bənzərsiz hekayəsi onu "Oknö"nün yatan gözəli" etdi. Həkimlərin daha əvvəl heç rastlaşmadıqları bu durum   unikal hadisə olaraq qeyd edilib, adamın 32 il boyunca yuxuda qalması heç bir şəkildə izah edilə bilmədi. Bu hadisə tibb tarixinə “Karolina Olsson hadisəsi” kimi düşüb.