Aleksey Navalnının həyat yoldaşı federal axtarışa verilib

Yuliya Navalnaya federal axtarışa verilib.
“Sherg.az” xəbər verir ki, bu barədə "Potok" teleqram kanalı məlumat yayıb.Bildirilib ki, Yuliya Navalnaya ekstremist cəmiyyətdə iştirakda ittiham olunur. Bundan əlavə onun 75.5 milyon rubl dəyərində məbləğin leqallaşdırılmasında iştirakı araşdırılır.

Qeyd edək ki, Yuliya Navalnaya Korrupsiyaya qarşı mübarizə Fondunun yaradıcısı, müxalif siyasətçi, bu ilin fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının həyat yoldaşıdır.