Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən 4 nəfər saxlanılıb

Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Sherg.az"a  verilən məlumata görə, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.