Bakı-Qazax yolunda qəza - 9 nəfər xəsarət alıb 

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza olub.                                                     “Sherg.az” xəbər verir ki, qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub.
Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 5-i Şirvan şəhər xəstəxanasına yerləşdirilib, 4 nəfərə isə yerində ambulator yardım göstərilib.