Tovuzda kişi kartof yığarkən ölüb

Tovuz rayonunda 57 yaşlı kişi əkin sahəsində kartof yığarkən ölüb.

Sherg.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraxanlı kəndində qeydə alınıb.

1967-ci il təvəllüdlü Haqverdiyev Şahbaz İsaq oğlunun ürək tutmasından öldüyü bildirilir.

Fakt araşdırılır.