Qaziantepdə bir şəxs boşanmaqda olan arvadını küçənin ortasında tapança ilə öldürərək intihar edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, boşanma mərhələsində olan Kahraman Bal (26) ilə həyat yoldaşı Elif Bal (25) arasında mübahisə yaranıb.
Mübahisə davaya çevrildikdən sonra Kahraman Bal üzərində olduğu silahla həyat yoldaşı Elifi vurub. Daha sonra şübhəli şəxs eyni silahla intihar edib.
Hadisə yerinə gələn polis və 112 Təcili Xidmət qrupları ər və arvadın öldüyünü müəyyən ediblər.
Cütlüyün meyiti ekspertizadan sonra yaxınlarına təhvil verilib.